Bu ilin üçüncü rübündə "AccessBank"ın faiz gəlirləri 165,4 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu ötən ilin III rübü ilə müqayisədə 23,4 milyon manat və ya 16% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 157,4 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 23,3 milyon manata yaxın və ya 17% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 916 min manat, başqa sözlə 31% artaraq 3,9 milyon manat yaxınlaşıb.
Faiz xərcləri isə 9,1 milyon manat və ya 17% artaraq 62,4 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 51,1 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 4,1 milyon manat və ya 17% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 103 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 14,3 milyon manat və ya 16% çoxdur.