Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» prudensial normativlər üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) tələbini pozub.
«Paşa Bank» kiçilib, gəlirləri və mənfəəti kəskin azalıb - 500 Milyon Vəsait Çıxarılıb – HESABAT
FED.az xəbər verir ki, buna səbəb bankın əlaqəli şəxslərə normadan artıq kredit ayırması olub.
Belə ki, AMB-nin müəyfən etdiyi prudensial normativlərə əsasən bankı banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalının 20%-dən artıq olmamalıdır.
2025-ci ilin 1-ci rübündə isə «Paşa Bank» bu normativdən kənara çıxıb.
Bankın əlaqəli tərəvə ayırdığı ümumi kreditn məbləği bankın məcmu kapitalının 24,4%-nə yüksəlib.
Belə ki, 1-ci rübdə bankın əlaqədar şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği məbləği 209 milyon 221 min manat təşkil edib. Bu da məcmu kapitalın 24,4%-i deməkdir.
https://fed.az/upload/others/bank/Prudensial_normativler_aze_I_rub_2025.pdf