Ölkənin bank sektorunun liderlərindən olan «Paşa Bank» 2025-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilin ilk 3 ayında bankın gəlirləri və mənfəəti azalıb, aktivləri aşağı düşüb.
Azərbaycan bankları 2-ci rübü belə başa vururlar – MƏNFƏƏT-ZƏRƏR, SİYAHI (2025)
Beləliklə, birinci rübdə «Paşa Bank»ın faiz gəlirləri 122 milyon 289 min manat, faiz xərcləri 39 milyon 248 min manat olub. Faiz gəlirlərinin 69,3 milyon manatı kredit portfeli üzrə faizlərdən daxil olub.
1-ci rübdə «Paşa Bank» qiymətli kağızlardan 26,4 milyon manat faiz gəliri əldə edib. Ötən illə müqayisədə bu gəlirlər 8 milyon manat və ya 24% aşağıdır.
Bankın faiz xərclərinin böyük hissəsini, 36,2 milyon manatı depozitlər üzrə ödənilən faizlər təşkil edir.
Nəticədə 1-ci rübdə bankın xalis faiz gəliri 82 milyon manat olub kİ, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 milyon manat azdır.
2025-ci ilin əvvəlində «Paşa Bank»ın qeyri-faiz gəlirləri 91,5 milyon manat, qeyri-faiz xərcləri 112,5 milyon manat olub.
Maraqlı məqam – ilk dəfə olaraq «Paşa Bank»da əmək haqqı xərclərinin aşağv düşməsi qeydə alınıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə bank bu məqsədlər üçün 27,4 milyonq manat sərf edib. 2024-cü ilin 1-ci rübündə isə bu məbləğ 30,3 milyon manat idi. Başqa sözlə, bankda əmək haqqı xərcləri 3 milyon manat və ya təqdirən 10% aşağı düşüb.
Rübün yekununda bankın əməliyyat mənfəəti daha 3 milyon manat azalaraq 61 milyon manata enib.
Mümkün zərərlərin yaradılması üçün ayrılan ehtiyatları (5 milyon 138 min manat) və mənfəət vergisi xərcini (12 milyon 217 min manat) nəzərə aldıqda «Paşa Bank» 2025-ci ilin 1-ci rübünü 44 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu əvvəlki ilin eyni dövründən 7 milyon manat azdır. Xatırladaq ki, 2024-cü ilin 1-ci rübündə bankın xalis mənfəəti 51 milyon 123 min manat olmuşdu.
2025-ci ildə «Paşa Bank»ın aktiıləri də kəskin şəkildə – 500 milyon manat azalaraq, ilin əvvəlindəki 8,7 milyard manatdan, 8,2 milyard manata enib.
Əsas azalma nağd vəsaitlərdə baş verib – bu göstərici 3 ay ərzində 865 milyon manat əriyərək ilin əvvəlindəki 1 milyard 765 milyon manatdan indi 901 milyon manata enib.
«Paşa Bank»ın vəsaitlərini həvəslə saxladığı qiymətli kağızlara yatırımlar da təqribən 70 milyon manat azalıb.
Əvəzində kredit portfelində ciddi şəkildə – 250 milyon manaat yaxın artım var. Bu artımdan sonra kredit portfeli 3,2 milyard manatı keçib.
2025-ci ilin 1-ci rübündə «Paşa Bank»ın aktivlərindəki 500 milyon manatlıq azalma bankın depozit portfelindəki azalmanın nəticəsi olub. İlk 3 ayda bankın depozit portfeli 640 milyon manat kiçilərək 7 milyard manatdan 6,3 milyart manata enib.
Əsas azalma şirkətin bankdakı depozitlərində baş verib – 740 milyon manat.
Bununla yanaşı, bank özünün kapital mövqeyini gücləndirib, cəmi kapital təqribən 70 milyotn manat artaraq 957 milyon manata çatıb.