Azərbaycanda problemli borcların həlli ilə bağlı prezient İlham Əliyevin fərmanı nəticəsində banklara ödənilən vəsaitlərin bir hissəsini, banklar biznesə ayıracaqları barədə öhdəlik götürüblər.
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən «Kiçik və orta biznes subyektlərnin maliyyə bazarlarina çixişinda şəffafliq» adlanan forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri İbrahim Alışov bildirib.
Eləcə də bax: Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara - MÜRACİƏT EDİB
Palata rəhbəri bildirib ki, dövlət başçısının tarixi sərəncamının icrası nəticəsində dövlət büdcəsindən kompensasiya üçün 630 milyon manat ayrılıb. Bunun 320 milyon manatı, bilavasitə vətəndaşlara, 209 milyon manat isə banklara ayrılıb. Bundan başqa, gecikmədə olan krelitlərin restrukturihasiyası üçün 490 milyon manatın ayrılması nəzərdə tutulub və bunun 100 milyon manatını artın AMB banklara ayırıb.
İbrahim Alışov bildirib ki, həmin vaxt, aprel ayında Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan banklar Assosiasiyası və KOBİA arasında birgə memorandum imzalanıb: «Memorandumda məqsəd odur ki, biz hər bir bankdan bu vəsaitlərin, yəni dövlət tərəfindən veriləcək vəsaitlənin bilavasitə kiçik və orta biznesin inkişafına yönəldilməsi üçün hər bir bankdan strateji öhdəlik məktubu aldıq».
Məktubda bankların alacaqları vəsaitləri hansı istiqamətə ayıracaqları dəqiq göstərilib: «Memoranduma əsasən, banklar bu proqram çərçivəsində alacağı vəsaitlərin 58%-ni kiçik və orta biznesə, 23%-ni mikro biznesə, 19%-ni isə iri sahibkarlıq subyektlərinə ayıracaqdı. Düşünürük ki, artıq həmin vəsaitlərin müvafiq qurumlara yönəldilməsi başlanıb».