Pakistanın "MCB Bank"ı Azərbaycanda bank lisenziyası almaqda maraqlıdır.
Azərbaycan bazarına yeni Pakistan bankları - DAXİL OLA BİLƏR
FED.az xəbər verir ki, bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib.
"Hazırda bu istiqamətdə müzakirələr aparılır. "MCB Bank" Pakistanın böyük banklarından biridir və Azərbaycanda bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərir", - deyə o qeyd edib.
Xatırladaq ki, MCB BOKT 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur. (Report)