Mərkəzi Bankda 2019-cu ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş və uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə endirilməsi barədə qərar qəbul edilmişdir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri uçot dərəcəsi 2 dəfə azaldılmışdır.
FED.az Mərkəzi Bankın yaydığı bəyanata istinadən xəbər verir ki, pul təklifinin genişlənməsi də monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynamışdır. Manatla pul bazası ilin əvvəlindən 23%-ə qədər artmışdır. Manatla geniş pul kütləsinin (M2 pul aqreqatı) artımı isə 11 ayda 13.8% təşkil etmişdir.
Eləcə də bax:Mərkəzi Bank qiymətli kağızlarla bağlı - PLANLARINI AÇIQLAYIB
Monetar şəraitin yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri manatla cəlb edilmiş yeni əmanətlər üzrə orta faizlər 2.9 faiz bəndi, manatla yeni kreditlər üzrə orta faizlər isə 3.4 faiz bəndi azalmışdır. Dövlət qiymətli kağızları bazarında faizlər də Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel dəyişir.