2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə gəlirləri 897,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.1% və ya 168,7 milyon manat artıb. Ay ərzində isə 51,3% və ya 304,4 milyon manat artım baş verib.
Ötən ay banklar verilmiş kreditlərdən isə 304.4 milyon manat, ötən ilin müvafiq dövründə 593,4 milyon manat gəlir əldə ediblər.