2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar üzrə gəlirləri 132,5 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9% və ya 25,6 milyon manat artıb. Ay ərzində isə 47,4% və ya 42,6 milyon manat artım baş verib.
Ötən ay banklar qiymətli kağızlar 89,9 milyon manat, ötən ilin müvafiq dövründə 106,6 milyon manat gəlir əldə ediblər.