Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
FED.az xəbər ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 10 Dekabr 2018-ci il tarixində keçiriləcək.
Müddət 14 gün, faiz dərəcəsi 7,76% - 9,74% aralığında müəyyən olunub.
Xəbər verdiyimiz kimi, 03.12.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 79,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdi.
26.11.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 169,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdi.