“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə insayder əqdi bağlanılıb.
FED.az xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutmuş əqd Maliyyə Nazirliyinin, Bankın səhmlərini əldə etməsini nəzərdə tutur.
Eləcə də bax: Bank yenə zərərdə qaldı - HESABAT
Söhbət hər birinin nominal dəyəri 0,27 manat olan 674 105 421 ədəd səhmdən gedir. Bununla da, nazirliyin ABB-ni nizamnamə kapitalındakı payı 76,73%-dən 91,4%-ə (3 527 681 352 ədəd səhmdən 4 201 786 773 ədəd səhmə) yüksəlib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır.