«Naxçıvanbank» pulu nədən qazanır?
FED.az Azərbaycanın bölgədə fəaliyyət göstərən yeganə bankı olan “Naxçıvanbank”ın gəlir mənbələrini təqdim edir.
“Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb - AÇIQLAMA
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Naxçıvanbank”ın ümumi gəlirləri 19 milyon 551 min manat təşkil edib. Bank sistemi üçün bu böyük məbləğ deyil – “Naxçıvanbank” bu göstəriciyə görə, ölkənin bankları arasında 22-ci yeri tutur.
“Kapital Bank” “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manatlıq hissəsini əldə edib
Hesabat dövründə “Naxçıvanbank”ın gəlirlərinin böyük hissəsi – 14 milyon 731 min manatı və ya bütün gəlirlərin 74%-i kredit portfelinin gəlirlərindən formalaşıb.Bank komissiya haqlarından 2 milyon 705 min manat gəlir əldə edib- bütün gəlirlərin 14%-i. Valyuta əməliyyatlarından isə “Naxçıvanbank”ın gəlirləri 403 min manat , ümumi gəlirin 1%-i həcmində olmuşdur .”Naxçıvanbank” üçüncü rüb ərzində qiymətli kağızlara yatırım etməyib.Əvəzində başqa banklarda depozit və kredit yerləşdirilməsi ilə 1milyon 516 min manat gəlir əldə edib , ümumi gəlirin 9%-i qədər . Gəlirlərin 2%-i digər faiz və qeyri-faiz gəlirləridir – 196 min manat .
Ümumiyyətlə, “Naxçıvanbank”ın ümumi gəlirlərində faiz gəlirləri 85%, qeyri-faiz gəlirləri 15% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
14 731 |
74% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
1 495 |
8% |
Digər banklara kreditlərdən gəlirlər |
21 |
1% |
Komissiya haqları |
2 705 |
14% |
Valyuta əməliyyatlarından gəlirlər |
403 |
1% |
Digər faiz gəlirləri |
61 |
1% |
Digər qeyri-faiz gəlirləri |
135 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
19 551 |
100% |