“Kapital Bank” “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsini əldə edib.
“Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb - AÇIQLAMA
FEDa.z xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bu gün keçirilən brifinqdə deyib.
Bankın sədri qeyd edib ki, “Kapital Bank”ın “Naxçıvan Bank”ı almaq planı olmayıb: “Lakin müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı bir aktivin əldə edilməsi ilə bağlı danışıq aparıla bilər”. (Azərtac)