“Naxçıvan Bank” ASC-nin kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb.
“Naxçıvan Bank”ın vəziyyəti - MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, bununla bağlı “Naxçıvan Bank”ın müştərilərinə SMS bildiriş göndərilib.
Qeyd edilib ki, dekabrın 4-dən etibarən bankın müştərilərin kredit müqaviləsinin şərtləri dəyişmədən “Kapital Bank”a ötürülür. Müştərilər kredit ödənişlərini “Kapital Bank”a ödəməli olacaqlar.
Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, söhbət bankın tam kredit portfelindən getmir: "Bu günə “Naxçıvan Bank”ın istehlak kreditlərinin yalnız bir hissəsi “Kapital Bank”a ötürülüb".
Qeyd edək ki, sonuncu, yəni 2023-cü ilin III rübünün maliyyə nəticələrinə əsasən, “Naxçıvan Bank”ın müştərilərə verilən istehlak kreditlərinin həcmi 100 milyon manata yaxın olub. (Apa)