2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinləri və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.
FED.az xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 215 min manat və ya 8,4% azalıb.
Belə ki, 2022-ci ildə AMB rəhbərliyinə 2 milyon 552 min manat məbləğində ödəniş edilmişdi.
Mərkəzi Bank rəhbərliyinə cıəmi ödənişlərin 1 milyon 930 min manatı qısa müddətli ödənişlər ( əməkhaqqı), 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub.
Əməkhaqqı hödənişləri illik müqayisədə 133 min manat və ya 6,4%, sosial fondlara ayırmaların məbləği isə 82 min manat (16,8%) azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.