Ötən il Mərkəzi Bankın xalis faiz gəlirləri 215 milyon 678 min manata bərabər olub.
FED.az bu barədə Mərkəzi bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu illik müqayisədə 162 milyon 586 min manat və ya 4,1 dəfə artım deməkdir.
Ümumilikdə isə ötən il Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 482 milyon 523 min manat, sair faiz gəlirləri 32 milyon 804 min manat, faiz xərcləri 299 milyon 649 min manat təşkil edib.
İllik müqayisədə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 277 milyon 2 min manat (2,3 dəfə), sair faiz gəlirləri 17 milyon 305 min manat (2,1 dəfə), faiz xərcləri 131 milyon 721 min manat (78%) artıb.