Banner

Bank

Mərkəzi Bankın keçmiş əməkdaşı 30 milyon pul oğurladı, RUSİYADA ƏLƏ KEÇDİ

Mərkəzi Bankın keçmiş əməkdaşı 30 milyon pul oğurladı, RUSİYADA ƏLƏ KEÇDİ | FED.az
12:13 10 Okt 2019

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı saxlanılıb.

FED.az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Eləcə də bax: Keçmiş bank sədrinin cinayət işində - APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ

Məlumatlara görə, 43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və bu üsulla 30 milyon rubldan çox (786 min manatdan çox - red.) pulu mənimsəyib.

Saxlanılan şəxs dərhal həbs olunub. Regional prokurorluq ekstradisiya yoxlaması keçirib. Nəticədə prokurorluq Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.

Yaxın günlərdə onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilib. Göstərilən ittihamla həmin şəxsin 12 il müddətinə azadlıqdan məhrum olunacağı qeyd edilib.

Finans

Digər xəbərlər

Banner