Mərkəzi Bank (MB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Fed.az Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabrın 10-da keçirlən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracında tələb 672,5 milyon manat olub. Halbuki, bu hərracda 350 milyon manatın toplanması planlaşdırılıb.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Mərkəzi Bankın depozitlərinə tələb artdı
21:14
10 Sen 2018