Yanvarın 18-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclasında borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirəyə çıxarılacaq.
Bu barədə FED.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələrinin iştirakı nəzərdə tutulub. İclasda işçi qrupunun 2022-ci ildə gördüyü işlər və bu il üzrə fəaliyyət planı layihəsi müzakirə ediləcək.
İclasda xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanılması və dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.