Azərbaycan Mərkəzi Bankının (AMB) bəzi avtomobillərə “sığorta” qadağası qoyulması ilə bağlı şirkətlərə ümumi xəbərdarlıq edib.
FED.az xəbər verir ki, Mərkəzi Bankın dünən yaydığı açıqlamada bildirilir ki, sığorta şirkətləri icbari avtomobil sığortasından imtina edə bilməzlər.
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «KİA» və «Nissan» MODELLƏRI - SİYAHI
Açıqlamada qeyd edilir ki, AMB-nin son günlər qəbul etdiyi qərarlardan biri avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir.
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «Hyundai» MODELLƏRİ - SİYAHI
AMB xatırladır ki, bu qərara əsasən sığorta şirkətləri öz internet səhifələrində icbari sığortanı onlayn almaq üçün şərait yaratmalıdırlar. Və bu müddət 10 günə başa çatmalıdır.
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «MERSEDES» MODELLƏRI - SİYAHI
«Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 28 dekabr tarixli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər” də dəyişikliklər təsdiqlənib. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır».
Avtomobil sahibləri üçün mühüm yenilik: sığorta problemi - HƏLL OLUNUR - VİDEO
«Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar»--deyə açıqlamada bildirilir.
AMB öz müraciətində faktiki olaraq sığorta şirkətlərinə xatırladıb ki, indi bütün dünyada informasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi bir dövrdür və bu dövrdə sürücülərin şirkətin qarşısında növbəyə dayanması normal deyil. «Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə olunmasını təmin edəcək»-deyə ölkənin maliyyə bazarının tənzimləyicisi bildirib.
Mərkəzi Bank bu sığtorta növü üzrə xidmət göstənən şirkətlərə bir baha xatırladıb Ki, onların sığorta müqaviləsi bağlamaqdan imtina etməsi qanunsuzdur: «icbari sığorta üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı bir daha qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz».
Mərkəzi Bank əhalini və avtomobil sahiblərini belə hallarda şikayət etməyə çağırıb: «Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini bildirə bilərlər».
AMB-nin açıqlamasından məloum olur ki, şikayət ediləndə sığorta müqaviləsi bağlanılır: «Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir».