Azərbaycanda rəqəmsal bank olaraq adlandırılan «Unibank»ın yeni layihəsi – «Leobank» indiyədək bank xidmətlərindən birbaşa istifadə etməyən minlərlə şəxsi bank kartı almağa və rəqəmsal xidmətlərdən istifadə etməyə həvəsləndirib.
Eləcə də bax: Leobank ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini - İSTİFADƏYƏ VERİB
FED.az xəbər verir ki, «Unibank» 2022-ci ilin 3-cü rübünün yekunları ilə bağlı açıqlamasında rəqəmsal xidmətlərin həcminin və əhatə dairəsinin kəskin artdığını bildirib.
Bankın açıqlamasında deyilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox artaraq, 850 mini keçib.
«Unibank», bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib.
Belə ki, «Leobank» layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət edib.
Bununla da bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma - 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub.