Leobank xidmət sahəsini genişləndirməkdədir. Bu dəfə bank müştərilərinə məşhur maliyyə xidmətlərindən birini təqdim edir.
Eləcə də bax: İnternet bank Leobank artıq 500 000 müştəri sayına - ÇATIB
Leobank, ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini mobil tətbiqə əlavə edərək, bütün müştərilərinin istifadəsinə verib. Beləliklə, artıq Leobank müştəriləri ƏDV-nin geri qaytarılması üçün tətbiqdə sözügedən xidmətdən istifadə edə bilərlər. Bunun üçün müştərilər Leobank tətbiqi üzərindən ABB-nin müvafiq xidmətinin səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya artıq mövcud hesablarına daxil olaraq xidmətdən yararlana bilərlər. Qeyd edək ki, alış-veriş qəbzlərindən toplanmış məbləğlər mövcud hesaba toplanır və ƏDV-dən qazanılmış məbləğlərin birbaşa Leobank kartına köçürülməsi mümkündür.
“ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə nöqtələrində əldə edilmiş məhsullara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.
Leobank-ın təmas mərkəzinə istənilən mesencer vasitəsilə yazaraq və ya *7773 telefon nömrəsinə zəng edərək bu və digər xidmətlər barədə ətraflı məlumat əldə etmək olar. Həmçinin www.leobank.az internet səhifəsindən əsas məlumatları tapmaq mümkündür.