Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar qəbul etməsinə baxmayaraq əmanətçilər Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) narazıdırlar.
Eləcə də bax: Konstitusiya Məhkəməsinin əmanətlər ilə bağlı mühüm qərarının - TAM MƏTNİ
FED.az xəbər verir ki, ləğv olunan AGBank əmanətçisi Leyla Əlizadə iddia edir ki, əmanətçilərə yalnız əsas məbləğ qaytarılır, hesablanmış faizlər ödənilmir:
“Mərkəzi Bank tərəfindən Banka verilən təsih məktubuna əsasən mənim əmanətim blokda idi. 10 avqust 2020-ci il tarixində Konstitusiya Məhkəməsi əmanətləri gorunan hesab edilməsinə dair vətəndaşların xeyrinə qərar qəbul etdi. Təəsüf ki, Əmanətlərin Sıgortalanması Fondu Konstitusiya Məhkəməsinin qərarını yarımçıq icra edir, vətəndaşın əmanətini tam şəkildə qaytarılmır. 14 avqust 2020-ci il tarixindən etibarən ƏSF təyin olunmuş agent bankla AGBank əmanətçilərinə yalnız əsas məbləği qaytarır. Qanunla əsas məbləğlə bərabər sıgorta hadisə baş verdiyi günədək hesablanmış faizlər də ödənilməlidir, amma ödənilmir.Vətəndaşlar narazıdılar. ƏSF hesablanmış faizlərə blok goyub, vətəndaşa deyilir ki, 2 həftə ərzində hesablanmış faizlərə təkrar baxılacaq. Quya ki, sistemləri işləmir”. (Marja)