Azərbaycanda koronavirus pandemiyası ərəfəsində bankların müştərilərinə göstərdiyi xidmətlərdən razı qalan əhali sayı məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Bu aralar bank xidmətlərindən istifadə edənlərin (2620 nəfərdən, yalnız 1132 nəfəri bank xidmətindən istifadə edib) də əksəriyyəti banklarda onlara göstərilən xidmətdən məmnun olduqlarını deyiblər. Xüsusilə kişilərin və yaşlı nəslin (41/70-yaş) bank xidmətlərindən daha çox məmnun olduğu müşahidə olunur.
“Koronavirus pandemiyası ərəfəsində bankların müştərilərinə göstərdiyi xidmətlərdən nə dərəcədə razısınız” sualına respondentlərin 9,0%-i çox razı, 21,9%-i razı olduğunu deyib. Sorğu iştirakçıları arasında bank xidmətlərindən nə razı, nə də narazı (fərq etmir) qalanlar 2,8% təşkil edib. Respondentlərin 5,0% razı olmadığını, 4,5%-i də heç razı olmadığını bildirib. Bank xidmətlərindən istifadə etmədiyi üçün məlumatı olmayanlar 56,8% təşkil edib.
“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.