«Kapital Bank» müştərilərə təklif etdiyi “Kapital depoziti” üzrə faiz dərəcələrini artırıb.
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə artımlar nəzərdən qaçmır.
Bankın əvvəlki ayda açıqladığı “Klassik əmanət” məhsulunda manatda faizlər aylıq ödənildikdə 12 aylıq əmanətlərdə 8%, 18 aylıq əmanətlərdə 7%, 24 və 36 aylıq əmanətlərdə 7,5% təşkil edirdisə, fevral ayından faizlər müvafiq olaraq 12 aylıq əmanətlərdə 8%, 18 aylıq əmanətlərdə 8%, 24 aylıq əmanətlərdə 7% və 36 aylıq əmanətlərdə 7,5% müəyyən olunub və 9% gəlirlilik dərəcəsi ilə 6 aylıq əmanətlər əmanət paketinə əlavə edilib.
Faizlərin müddətin sonunda hesablanması varinatında əmanətlər üzrə faiz göstəricisi dəyişməz olaraq qalıb, 10% gəlirlilik dərəcəsi ilə 6 aylıq əmanətlər əmanət paketinə əlavə edilib.
Nəzərinizə çatdırmaq istəyirik ki, edilən dəyişikliklər 6, 12 və 18 aylıq əmanətlərdə kampaniya çərçivəsində 31 martadək qüvvədədir.
Qeyd edək ki, xarici valyuta üzrə faizlərdə dəyişiklik yoxdur.