«Fitch Ratings» reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli emitentin defolt reytinqini (IDR) «B-»dan «B» səviyyəsinə yüksəldib. Bankın reytinq proqnozları isə «Stabil»dən «Pozitiv»ə yüksəldilib.
FED.az-ın məlumatına görə, agentlik bu dəyişiklikləri ABB-nin fəaliyyətində və göstəricilərnidə baş verən müsbət dəyişikliklərlə izah edib.
Reytinqin yüksəldilməsi bankın hes edilməmiş qısa açıq valyuta mövqeyi (AVM) ilə bağlı risklərn azalması ilə əlaqədardır. Bu amil bankın fəaliyyətinin nəticələrinə və kapitallaşmasına təsir edir. Ötən bir il ərzində, yəni 2020-ci ilin 1-ci rübündən 2021-ci ilin 1-ci rübünədək olan müddətdə – açıq valytuta mövqeyi 0,8 milyard dollardan 0,5 milyard dollara endirilib.
Nəticədə bir il əvvəl açıq valyuta mövqeyi bankın kapitalınn 114%-nitəşkil edirdisə, indi bu rəqəm 77%-ə enib.
«Biz hesab edirik ki, ABB-nin kapital buferi kifayət qədərdir ki, ciddi valyuta riskinə davam gətirsin»-deyə agentliyin açıqlamasında bildirilir.
Agentlik bildirir ki, reytinqin artırılmasının, proqnozun «sabit»dən «pozitiv»ə yüksəldilməsinin daha bir səbəbi Azərbaycanın əməliyyat mühiti ilə bağlı qiymətləndirmənin yaxşılaşması ilə bağlıdır. Belə ki, artıq iqtisadi enişin bankların fəaliyyətinə və onların aktivlərinin keyfiyyətinə təsiri zəifləyir. Doğrudur, təzyiq qalacaq, amma onu idarə etmək mümkün olacaq. «Fitch» gözləyir ki, 2020-ici ildə 4,3%-lik enmədən sonra 2021-ci ildə iqtisadi artım 2,5% təşkil edəcək. Bu da bankları effektivliyini və biznesin artımını dəstəkləməlidir.
ABB-nin fəaliyyəti ilə bağlı «Pozitiv» qiymət verən Fitch agentliyi gözləyir ki, bank açıq valyuta mövqeyini daha da azaldacaq və qarşıdakı 12-18 ay ərzində kapitalın 25-30%-nə qədər endirəcək. Agentliyin bu gözləntisi həmin göstərici ilə bağlı son 3 ildə baş verən proseslə əlaqədardır.
Reytinqə əsas verən vacib məqamlar
Agentlik bildirir ki, ABB-nin reytinqləri bankın krelit qabiliyyətinin yüksəlməsinə əsaslanır. Doğrudur, reytinqlər mövcud riskləri də nəzərə alır, amma agentlik hesab edir ki, Beynəlxalq Bankın aktivlərinin strukturu dayanıqlıdır, aktivlərin keyfiyyəti qaneedici həddədir. Üstəlik bank son iki ildə yüksək mənfəət nümayiş etdirir, kapital ehtiyatları və likvidliyi artır.
Fitch-in açıqlamasında deyilir ki, ABB-nin böyük kapital ehtiyatları valyuta risklərini yumşaldır. Belə ki, son bir ildə bankın 1-ci dərəcəli kapitalı ümumi kapitaln 29%-30%-i arasında dəyişib.
Agentlik Beynəlxalq Bankın aktivlərinin yüksək likvidliyini və aşağı riskli səviyyəsini xüsusi qeyd edir. Açıqlamada bildirilir ki, 2020-ci ilin sonunda likvid aktivlər (pul vsaitləri, banklararası yerləşdirmələr və qiymətli kağızlar) bankın ümumi aktivlərinin 71%-ni təşkil edir.
Bankın xalis kredit portfeli isə (hansı ki, banklar üçün potensial risk mənbəyi sayılır) ümumi aktivlərin 26%-ni təşkil edir. Amma pandemiyanın aktivlərin keyfiyyətinə təsiri idarə olunan səviyyədədir. Bankın problemli kreditləri 8% təşkil edir və onun 76%-i mümkün dəyərsizləşməyə qarşı yaradılan ehtiyatlar ilə qorunur.
Açıqlamada deyilir ki, 2020-ci ildə ABB-nin gəlirliliyi dayanıqlı olub: əməliyyat mənfəətinin aktivlərə nisbəti 5% təşkil edib (2019-da 7% olmuşdu). Bankın ehtiyat ayırmalardan əvvəlki mənfəəti isə kreditlərin 10%-ə çatır. Bu göstərici bankın kreditlərin mümkün zərərsizləşməsi ilə balı xərclərini kompensasiya etməyə imkan verir. Dəyərsizləşən kreditlər isə ümumi kreditlərin cəmi 1,3%-ni təşkil edib. Mənfəətin bir qədər azalması qeyri-kredit riskləri ilə bağlı marjanın azalması, daha aşağı komissiya və əməliyyat gəlirləri, eləcə də əməliyyat xərclərinin artması ilə bağlıdır.
ABB ilk növbədə müştəri vəsaitləri hesabına maliyyələşdirilir (öhdəlikləin 73%-i) ki, onun da bir hisssəsi dövlət depozitləridir (öhdəliklərin 47%-i). Bankın ümumi borcu 950 dollarlıq avro istiqrazlarla məhdudlaşır. İstiqrazların dəmə vaxtı2024-cü ildədir, amma onların əsas alıcısı Dövlət Neft Fondudur.
Agentlik qeyd edir ki, ABB-nin likvidliyi qənaətbəxş səviyyədədir. Belə ki, likvid aktivlər, (əsasən pul vəsaitləri, onların ekvivalentləri, eləcə də Mərkəzi Bankda və xarici banklarda yerləşdirilən vəsaitlər) müştəri hesablarını 1,1 dəfə örtür.