Azərbaycanın bank sektoruna dəstək üçün 3 il əvvəl tətbiq edilən mexanizmlərdən birinin müddəti başa çatmaqdadır. FED.az xəbər verir ki, söhbət əmanətlərin tam sığortalanmasından gedir. Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı il martın 4-dən qüvvəyə minmiş qanunun tətbiq müddəti 3 ildir və bu müddət 2019-cu ilin martın 4-də başa çatır.
Ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə qəbul edilən qanuna əsasən, banklardakı bütün əmanətlər (bir şərtlə ki, Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi illik faiz dərəcəsi həddində olsun) məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanırdı.
Qanunun qəbul edildiyi vaxtdan artıq 3 il keçi rvə martın 4-də bu qanunun müddəti başa çatır. Qeyd edək ki, adı çəkilən qanunun qəbuluna qədər banklardakı əmanətlər sürətlə azalırdı, xüsusilə manatla yerləşdirilən əmanətər dəyərini itirdiyinə və növbəti devkalvasiym narahatlığı olduğuna görə, əmanətçilər onları bankdan çıxaıb xarici valyutaya çevirməyə üstünlük verirdilər.
Eləcə də bax: Kreditlərin verilməsində girov məsələsi problem olaraq qalır - AÇIQLAMA
Nəticədə 2015-ci ilin sonunda 9 milyard 473 milyon manatlıq bank əmanəti cəmi 2 ay ərzində 1 milyard 396 milyon manat azalaraq 2016-cı ilin fevralın sonunda 8 milyard 77 milyon manat düşmüşdü.
Əmanətlərin tam sığortalanması qanununun tətbiqi bu vəziyəti dərhal düzəltmədi – əmanətlərin azalması bundan sonra da davam etdi və 2016-cı ilin sonunda 7 milyard 448 milyon manata, 2017-ci ilin mayında isə ümumiyyətlə 7 milyard manatdan da aşağı düşərək 6 milyard 846 milyon manata düşdü.
Bundan sonra isə əmanətlərin davamlı artımı baş verib. 2017-nin oktyarında əmanətlər yenidən 7 milyard manatı, 2018-ci ilin iyununda isə 8 milyard manatı keçdi. Oktyabrın sonuna olan məlumata görə, hazırda banklarda 8 milyard 140 milyon manat əmanət var.
Martın 4-də adı çəkilən qanunun müddəti başa çatır. Bu isə o deməkdir ki, hə min tarixdən sonra banklardakı əmanətlər ənənəvi qayda ilə sığortalanacaq. Yəni banklarda hər hansı problem yaranarsa, əmanət sahibləri hər əmanət hesabına görə, maksimum 30 min manat həcmində kompensasiya alacaqlar.
Bəs qanunun müddəti uzadılacaqmı?
Hələlk rəsmi qurumlarda, o cümlədən Milli Məclisdə bununla bağlı qanun layihəsi yoxdur. Ekspert Vüqar Bayramov bildirir ki, adı çəkilən qanunun müddəti uzadılmalıdır: «Vaxtı ilə məhz bu qanunun qəbulu banklardan əmanət axmasının qarşısını aldı və əmanətlərin saxlanmasına kömək etdi. Əgər bu qanunun müddəti uzadılmasa vətəndaşların, əmanətçilərin bir hissəsi pullarını bankdan çəkməli olacaqlar. Çünki əmanətlərin bir hissəsi sığortalanmayacaq».
Ekspert bildirir ki, banklara inam tam bərpa olunmadığına görə, bura yatırılan əmanətlərin limitsiz sığortalanması çox vacibdir: «Banklara inam tam bərpa olunmasa da, Əmanətlərin Sığortalanması Fonduna inam yüksəkdir. Çünki bağlanan bankların əmanətçilərinin pulları tam qaytarılıb».