2026-cı il avqust ayının 1-nə Azərbaycan regionlarında banklara əmanət qoyuluşu, o cümlədən həmin əmanət məbləğlərinin orta faiz dərəcələri məlum olub.
FED.az xəbər verir ki, Mərkəzi Bankın 1 avqust 2026-cı il tarixinə olan məlumatlarına görə, Azərbaycanda banklara yerləşdirilmiş əmanətlərin ümumi həcmi 17 milyard 896,7 milyon manat, onların orta faiz dərəcəsi isə 5,32% təşkil edir.
Rəqəmlərə əsasən banklar bir sıra regionlarda əmanətə Bakıdan daha yüksək faiz ödəyirlər.
Maraqlı məqamlardan biri ənənəvi olaraq əmanətlərin böyük hissəsinin Bakıda olmasıdır. Bank əmanətlərinin ümumi həcmi 17,897 milyard manatdır və bunun 15,675 milyard manatı, yəni 87,6%-i Bakıda cəmləşib. Bakıdan kənarda isə cəmi təxminən 2,22 milyard manat əmanət var.
Əmanətlərin ən yüksək orta faizlə yerləşdirildiyi iqtisadi rayon Gəncə-Daşkəsəndir. Burada banklardakı 293,96 milyon manatlıq əmanətin orta faiz dərəcəsi 7,05% təşkil edir.
İkinci yerdə Abşeron-Xızı gəlir. Regiondakı 707,42 milyon manatlıq əmanət portfelinin orta faizi 6,88%-dir.
Sonrakı yerləri Qazax-Tovuz – 6,67%, Mərkəzi Aran – 6,42%, Quba-Xaçmaz – 6,40% və Lənkəran-Astara – 6,27% tutur.
Maraqlıdır ki, ölkənin ən böyük əmanət bazarı olan Bakıda orta faiz cəmi 5,16%-dir. Bu göstərici nəinki əksər regionlardan, hətta ölkə üzrə 5,32%-lik orta faizdən də aşağıdır.
Faizlərdən daha böyük fərq əmanətlərin regionlar üzrə bölgüsündədr.
Ölkə üzrə 17,9 milyard manatlıq əmanətin 15,67 milyard manatı Bakının payına düşür. Bu, bütün əmanətlərin təxminən 87,6%-i deməkdir.
Bakıdan kənardakı 13 iqtisadi rayonun hamısının banklardakı əmanətlərinin cəmi isə təxminən 2,22 milyard manatdır.
Başqa sözlə, Bakıda banklarda saxlanılan əmanətlərin məbləği bütün digər iqtisadi rayonların birlikdə göstəricisindən təxminən 7 dəfə çoxdur.
FED.az Mərkəzi Banka istinadən həmin göstəricilər üzrə renkinqi təqdim edir.
|
S/N |
Regionların adı |
Cəmi |
Orta % dərəcəsi |
|
|
Azərbaycan Respublikası |
17 896 660 |
5,32% |
|
1 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
293 957 |
7,05% |
|
2 |
Abşeron-Xızı iqtisadi rayonu |
707 417 |
6,88% |
|
3 |
Qazax-Tovuz iqtisadi rayonu |
151 552 |
6,67% |
|
4 |
Mərkəzi Aran iqtisadi rayonu |
157 759 |
6.42% |
|
5 |
Quba-Xaçmaz iqtisadi rayonu |
176 909 |
6,40% |
|
6 |
Lənkəran-Astara iqtisadi rayonu |
161 448 |
6,27% |
|
7 |
Dağlıq Şirvan iqtisadi rayonu |
57 414 |
6,03% |
|
8 |
Qarabağ iqtisadi rayonu |
109 895 |
5,77% |
|
9 |
Şəki-Zaqatala iqtisadi rayonu |
165 268 |
5,77% |
|
10 |
Şirvan-Salyan iqtisadi rayonu |
86 365 |
5,32% |
|
11 |
Naxçıvan iqtisadi rayonu |
97 793 |
5,19% |
|
12 |
Bakı iqtisadi rayonu |
15 674 533 |
5,16% |
|
13 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
1 468 |
5,02% |
|
14 |
Mil-Muğan iqtisadi rayonu |
54 881 |
4,82% |













