31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib.
ELƏCƏ DƏ BAX : Azərbaycanda bank kreditlərinin – KEYFİYYƏTİ ARTIB
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 4,583.0 mln. manat olub.
İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (196.2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,342.3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 mln. manat) artaraq 8,650.7 mln. manata çatıb.
2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8,471.6 mln. manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 mln. manat) artaraq 5,357.4 mln. manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 mln. manat, 2.5%) üzrə baş vermişdir.
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 mln. manat) artaraq 10,573.2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 mln. manat) artaraq 2,510.8 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274.0 mln. manat) artaraq 4,246.3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 mln. manat) artaraq 2,285.5 mln. manata çatıb.
Sektorun balans kapitalı iyul ayı ərzində 0.4% (16.7 mln. manat) azalaraq 4,583.0 mln. manat təşkil etmişdir.
İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 mln. manat) artaraq 472.4 mln. manat, xalis mənfəəti isə 406.2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artmışdır.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,582 olub. Bank sektorunun işçi heyətinin sayında artım iyul ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin iyul ayında işçi sayı 0.8% (146 nəfər) artaraq 18,434 nəfər təşkil edib.
31 iyul 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).
- mənbə : trend.az