Banklara yatırılan əmanətlər artıb. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına(MBNP) istinadən xəbər verir ki, ötən ilin 8 ayı ilə müqayisədə bu il fiziki şəxlərin banklara yatırdığı əmanətlər 6,51% və ya 517 mln manat artaraq 8,456.9 mln manat təşkil edib.
Hüquqi şəxslərin depozitləri isə 12.7% və ya 1 196.6 mln manat artaraq 10,603.5 mln manat təşkil edib.