FED.az Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, banklara xarici valyutada qoyulan depozitlərin həcmi 5,2% azalıb.
Bunun əksinə olaraq, milli valyutada cəmi əmanət və depozitlər isə 10,9% artıb.
Onu da deyək ki, ilk 6 ayda fiziki şəxslərin xarici valyutada əmanətləri cəmi 0,64% artıb. Nəticədə fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəli ilə müqayisədə 4,1% azalaraq 62.4%-ə enib. Xatırladaq ki, ilin əvvəlində bu göstərici 66,5% olub.
