15.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 724,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir.
FED.az xəbər veri ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb edib.
Xatırladaq ki, 08.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etdiyini açıqlamış və bu məbləği də cəlb etmişdi. Hərracda tələb təklifi 6 dəfəyə yaxın üstələmişdi.