08.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Beləliklə, tələb təklifi 6 dəfəyə yaxın üstələyib.
"Marja" xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb etdiyini açıqlamışdı və bu məbləği də cəlb edib.
01.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 7 dəfədən çox üstələmişdi.
24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 813,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 5 dəfədən çox üstələmişdi.