22.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 827,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir.
Eləcə də bax:“Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini - MƏHDUDLAŞDIRIB
Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etmişdi və bu məbləği də cəlb edib. Beləliklə, hərracda tələb təklifi 5,5 dəfə üstələyib.
Xatırladaq ki, 15.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 724,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir.