Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 13-də depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, bu barədə agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank aprelin 13-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 250 milyon manat cəlb etməyi nəzərdə tutur”, - bankdan bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb