Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 100 mln. manat cəlb edib.
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank fevralın 24-də keçirilən hərracda 100 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 602,9 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 5,51% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.