Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-də depozit hərracı keçirəcək. FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank fevralın 3-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,51%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.