Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
FED.az məlumat verir ki, 29.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 200,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil etmişdir.
Xatırladaq ki, AMB bu barədə az öncə “Bloomberg” platformasında banklara bu hərracın keçirilməsi ilə bağlı elan vermişdi.