Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 100 milyon manat cəlb edib.
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank fevralın 19-da keçirilən hərracda 100 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 597 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 5,51% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 28 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.