Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 24-də depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank dekabrın 24-də keçirəcəyi depozit hərracında 13 gün müddətinə 150 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,76%-7,49% təşkil edir.