“Standard & Poor`s” kredit reytinqləri xidməti 2017-ci ilin yekunları üzrə SOCAR-ın (ARDNŞ) EBITDA (gəlirlər və faiz, amortizasiya və vergidən öncəki mənfəət)üzrə gəlirini 3,3-3,7 mlrd. manat səviyyəsində proqnozlaşdırır.
“İxrac SOCAR-a mühüm gəlir gətirir. Bundan başqa, “Şahdəniz” yatağının Mərhələ-2 layihəsinin reallaşdırılması, 2018-c ildə icarsı planlaşdırılan Türkiyədəki layihələr, “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsində SOCAR-ın payının artırılması EBITDA-nın artımına gətirəcək”, - məlumatda deyilir.
Xüsusilə, agentliyin proqnozlarına əsasən, 2017-ci ildə SOCAR-ın EBITDA üzrə gəliri 2016-cı ildə 3,1 mlrd. manatdan 3,3-3,7 mlrd. manatadək artacaq, 2018-ci ildə 4 mlrd. manata yaxın təşkil edəcək.
“S&P”-nin proqnozları üzrə 2017-2018-ci illərdə Brent markalı neftin bir barrel qiyməti 50 dollar, 2019-cu ildə 55 dolar təşkil edəcək.
2016-cı ilin sonuna “S&P” SOCAR-ın xarici borcunu 8,8 mlrd. dollar səviyyəsində qiymətləndirir.
Xəbər verdiyimiz kimi, "Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB" səviyyəsindən "BB-" səviyyəsinədək azaldıb.
© İnterfaks-Azərbaycan