Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının mənfəət vergisi ödəmələri 107.4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 17,5 milyon manat (19,5%), aylıq müqayisə ilə 1,3 milyon manat (1,2%) çoxdur.
Bu ilin may ayının birinə bankların mənfəət vergiləri 89,9 milyon manat, ötən ilin iyunun 1-nə isə 106,1 milyon manat təşkil edib.