Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 732,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 88,5 milyon manat (13,7%), aylıq müqayisə ilə 147,6 milyon manat (25,2%) çoxdur.
Bu ilin may ayının birinə bankların əməliyyat mənfəəti 585 milyon manat, ötən ilin iyunun 1-nə isə 644,1 milyon manat təşkil edib.