Bu gün, mayın 1-də Azərbaycan Mərkəzi Bankının idarə heyəti faiz dəhlizinin parametrləri barədə növbəti qərarını açıqlayacaq.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını - AÇIQLAYIB
FED.az xəbər verir ki, bununla bağlı əvvəlki qərar martın 19-də qəbul edilmişdi. Həmin vaxt Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı.
İndiyədək ötən dövr ərzində dollar ajiotajı bir qədər səngiyib və ölkə rəhbərliy iqtisadiyyatın canlandırılması ilə bağlı qərar qəbul edib.
Nəticədə Mərkəzi bank bir-birinə zidd iki məsələni həll etməli, yəni bir tərəfdən iqtisadi aktivliyi qorumağa, digər tərəfdən manata təzyiqləri azaltmağa yönəlik qərarlar verməlidir.
Bank qərarını saat 11-də açıqlayacaq.