Cari ilin avqust ayında Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə emal olunmuş manatla ödəniş əməliyyatları 35 723 min ədəd təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 15 441 min ədəd və ya 76,1% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 20 282 min ədəd olub.
Aylıq müqayisədə isə 2 037 min ədəd, 5,4%-lik azalma qeydə alınıb.
İyul ayında olan manatla ödəniş əməliyyatlarının sayı 37 760 min ədəd təşkil edib.