Cari ilin avqust ayında AMB-nin mərkəzi hökümətə rəsmi tələbləri 3 077 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 906,5 milyon manat və ya 22,8% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 7 503,6 milyon manat olub.
Aylıq müqayisədə isə 592,6 milyon manat, 23,9%-lik artım qeydə alınıb.
İyul ayında olan rəsmi tələblər 2 484,4 milyon manat təşkil edib.