Bankların kredit şərtlərinin çətinləşməsi ilə yanaşı bəzi banklar hətta 2 zamin tələb edir. Bir neçə bank isə zaminsiz nağd pul krediti təklif edir. Bu isə istehlak kreditlərinə aiddir.
Heç bir zamin olmadan və girov qoyulmadan bəzi banklar aşağıdakı məbləğdə kredit verir:
Bank |
Məbləğ(AZN) |
Müddət (Ay) |
Faiz |
Bank BTB |
300-2.000 |
3-36 |
29-31% |
Bank Respublika |
500-5.000 |
6-24 |
min. 26% |
Expressbank |
300-3.000 |
3-36 |
27-28% |
NBC Bank |
maks. 2.500 |
12-60 ay |
29-32 |
Nikoil Bank |
500-5.000 |
6-36 |
26-29 |
Rabitəbank |
300-2.000 |
3-36 |
26-30% |
Unibank |
300-15.000 |
3-36 |
23-33% |
- Bank Respublika, əmək haqqı minimum 400 AZN olan şəxslərə 5000 AZN-dək zaminsiz kredit verə bilər.
Bu növ zaminsiz nağd pul kreditlərini əldə edərkən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etmək lazımdır ki, bir çox hallarda da əmək haqqının 6 və ya 12 aylıq çıxarışı tələb oluna bilər. Həmçinin, kredit mütəxəssisləri sizin rəsmi gəlirlərinizi, xərclərinizi və kredit tarixçənizi analiz etdikdən sonra sizə zaminsiz kredit verilib verilməyəcəyinə qərar verə bilərlər.
Qeyd edək ki, "Bank of Baku", "Kapital Bank", Beynəlxalq Bank" və "Yapı Kredi Bank"-dan da zaminsiz kredit əldə etmək mümkündür. Lakin, bu banklarda zamin tələbi hər bir müştəri üzrə ekspert tərəfindən fərdi şəkildə araşdırma aparıldıqdan sonra müəyyən edilir.
banco.az