“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin I rübünü 507,504 milyon rubl (12,688 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən cəmi 253 min min rubl (6 min manat) xalis mənfəətlə çıxmışdı.
Eləcə də bax: "Beynəlxalq Bank"ın işçilərinin sayı - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, yanvar-mart aylarında “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 542,502 milyon rubl (13,563 milyon manat, ötən ilin eyni dövründə zərər olub), mənfəət vergisi ödəmələri isə 34,998 milyon rubl (875 min manat) təşkil edib.
Bu il aprelin 1-nə “ABB-Moskva”nın aktivləri 8 007,368 milyon rubl (200,184 milyon manat) olub ki, bu da illik müqayisədə 19,8% çoxdur. Bunun 652,803 milyon rublu (16,32 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,85 dəfə böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 1,6% artaraq 3 064,311 milyon rubl (76,608 milyon manat), o cümlədən depozit portfeli 58,5% azalaraq 334,626 milyon rub (8,366 milyon manat), balans kapitalı isə 34,8% artaraq 4 943,057 milyon rubl (123,576 milyon manat) təşkil edib.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (103,123 milyon manat).
1 rubl = 0,025 manat (Renkinq)