“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2019-cu ildə əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
FED.az xəbər verir ki, bankın illik hesabatına əsasən, 2019-cu ilin sonuna ABB-də 2150 nəfər (2018-ci ilin sonuna 1818 nəfər) çalışıb. Beləliklə, 2019-cu ildə ABB ştatı 18,3% artırıb.
Eləcə də bax: Beynəlxalq Bankdan startaplara - BÖYÜK DƏSTƏK - İNNOVASİYA MƏRKƏZİ YARADILIR
2017-ci ilin sonuna olan göstəricilərlə (1614 nəfər) müqayisədə ABB-nin işçi ştatı 33,2% artıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,29% pay dövlətə məxsusdur.
İnterfaks