FED.az xəbər verir ki, “ABB” ASC Partnyorlarla iş departamentinin Birbaşa satışlar şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.
Eləcə də bax: "Nikoil Bank"da İŞ VAR - 17 Yeni VAKANSİYA
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Əmək haqqı layihəsi çərçivəsində yeni korporativ müştərilərin cəlbi;
Cəlb olunmuş müəssisələrin əməkdaşlarına pərakəndə bank məhsul və xidmətlərin təklif olunması;
Korporativ görüşlərin təşkil olunması;
Korporativ təqdimatların həyata keçirilməsi;
Müxtəlif hesabatların hazırlanması.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Bankın pərakəndə məhsullarını tanımaq;
Təqdimat və satış bacarıqları;
Yaradıcılıq və innovativlik;
Komandada işləmə bacarığı və dəqiqlik;
Operativlik, çevik qərarvermə və vaxtın düzgün idarə edilməsi bacarıqları;
Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 15 noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Birbaşa satışlar şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.