Bankların xarici öhdəlikləri Oktyabr ayında da azalıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30 Oktyabr 2017-ci il tarixinə bankların xarici öhdəlikləri 2 milyard 550.3 milyon manat təşkil edib. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 156,2 milyon manat azdır.
Sentyabra ayının sonunda bankların cəmi xarici öhdəlikləri avqust ayının sonundakı 6 milyard 428.3 milyon manatdan 2 milyard 706.5 milyon manata düşmüşdü (3 milyard 721,8 milyon manat azalmışdı). Xarici öhdəliklərdə azalma Azərbaycan Beynəlxalq Bankı ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardı.
2017-ci ilin Yanvar ayının sonunda bankların xarici öhdəlikləri 8 milyard 71.7 milyon manat təşkil edirdi.